Logo

Madonna övladlığa götürdüyü uşaqlarla fotolar paylaşdı

Madonna övladlığa götürdüyü uşaqlarla fotolar paylaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

64 yaşlı pop ulduzu Madonna övladlığa götürdüyü uşaqları ilə birlikdə yolka ətrafında Milad şənliyi təşkil edib.

Sfera.az bildirir ki, müğənni İnstaqram hesabında hekayələrində oğlu və üç qızı ilə nadir fotolarını paylaşıb. Bütün ailə bayram fotosunda poza verib

Ailə Milad ağacını və evi qarşıdan gələn 2023-cü ilin rəngləri olan mavi çalarlarda bəzədib.

Xatırladaq ki, Madonnanın altı övladı var. İki bioloji - 26 yaşlı Lourdes Maria Ciccone-Leon və 22 yaşlı Rocco John Ritchie. Həmçinin dörd - 17 yaşlı David Banda Ciccone-Richie, 13 yaşlı Chifundo Mercy James Ciccone və 10 yaşlı əkizlər Stella və Ester.

Noyabrda ABŞ-da qeyd olunan Şükran günü münasibəti ilə Madonna bütün övladlarını, o cümlədən uzun illər mübahisə etdiyi və atası ilə birlikdə yaşayan Rokko Riçini bir fotoşəkildə toplayıb.

Aysel

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR