Logo

Putinlə Ərdoğanın Soçidəki görüşünün əhəmiyyəti – “Laçın və dəhliz nəzarətə götürüləcək? ”

Putinlə Ərdoğanın Soçidəki görüşünün əhəmiyyəti – “Laçın və dəhliz nəzarətə götürüləcək?”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Türkiyə prezidenti Rəcət Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə dünənki görüşündə müxtəlif mövzular müzakirə olunub”.

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, Ukraynada apardığı işğalçı müharibə fonunda Qərbin Rusiyaya qarşı sanksiyaları genişlənir və bu vəziyyətdə Rusiyanın Türkiyə ilə əməkdaşlığa ehtiyacı artır:

“Rusiya rəsmiləri də etiraf edirlər ki, Türkiyə onlar üçün vacib körpü rolunu oynayır. Putin anlayır ki, sanksiyalar Rusiya iqtisadiyyatına və bank sektoruna dağıdıcı zərbə vurur. Kreml sahibi bu vəziyyətdən çıxış yolu kimi Türkiyə ilə iqtisadi əlaqələri genişləndirməyə, bank sektorları arasında interqasiyanı genişləndirməyə çalışır. Ərdoğan iqtisadi əlaqələri genişləndirməyə hazırdır, ancaq Qərb Rusiyanın bank sektoru ilə əməkdaşlıq edənləri də hədəf götürür. Ona görə də bu məsələdə Ərdoğan ehtiyatlı mövqe tutur”.

Ekspert Soçi görüşündə Qarabağ məsələsinin müzakirə edilib-edilmədiyi detalından da söz açıb:

“Prezidentlərin Qarabağla bağlı xüsusi müzakirə apardığı ehtimalı azdır. Bu heç bizə lazım da deyil. Putinin Rusiya üçün indiki ağır vəziyyətdə Türkiyə ilə əməkdaşlığa ehtiyacı artıbsa, Kreml sahibinin Azərbaycan ordusunun irəliləməsi və strateji yüksəklikləri, o cümlədən yaxın həftələrdə Laçını və dəhlizi nəzarətə götürəcəyinə mane olmayacağını proqnozlaşdırmaq mümkündür”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR