Logo

Çində konteyner qiymətləri 15 min dollara yüksəldi - Avropalılar Türkiyə bazarına yönəlir

Çində konteyner qiymətləri 15 min dollara yüksəldi - Avropalılar Türkiyə bazarına yönəlir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çində konteyner qiymətlərin 15 min dollar səviyyəsinə yüksəlib. Çində daşıma qiymətlərinin artması Avropa ölkələrində Türkiyə bazarına marağı daha da artırıb.

Sfera.az xəbər verir ki, belə bir açıqlamanı İdarə Heyətinin sədri Kərim Qorxmaz “Bloomberg HT” yayımında verib.

Kərim Qorxmaz Türkiyənin konteyner qiymətlərinə görə Çinə qarşı rəqabət üstünlüyü əldə etdiyini, Avropada bir çox tədarükçünün yüksək qiymətlərə görə Türkiyəni seçməyə başladığını bildirib:

“Pandemiya dövründə Türkiyə Çinə qarşı rəqabət üstünlüyü əldə etdi. Bunun ən böyük səbəbi konteyner qiymətlərində yüksək artım olub. Yəni, pandemiyadan əvvəl Çindən gələn konteynerlərin qiyməti təxminən 1500 dollar olduğu halda, bu qiymətlər 15 min dollara qədər artıb. Bu vəziyyət Avropadakı bir çox təchizatçının Türkiyəyə üstünlük verməsinə səbəb olub”.

Vasif
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR