Bill Qeytsdən peyvəndlərlə bağlı yeni AÇIQLAMA: "Hələ 3-4 il gücləndirici dozalara davam etməliyik" 

Bill Qeytsdən peyvəndlərlə bağlı yeni AÇIQLAMA:

"Microsoft”un qurucusu Bill Qeyts pandemiya və peyvəndlərlə bağlı diqqətçəkən açıqlamalar verib.


Sfera.az bildirir ki, vaksinlərin təkrar yoluxmanın qarşısını almadığını deyən iş adamı qurucusu olduğu fondun bu vəziyyəti düzəldəcək peyvəndlər üzərində işlədiyini vurğulayıb. “Super peyvəndlər”dən danışan Qeyts, “Fond tərəfindən maliyyələşdirilən elm adamları infeksiyaya yoluxmağınızın qarşısını alan peyvəndlər üzərində işləyirlər. Amma bunlar ən yaxşı halda 3-4 il vaxt tələb edəcək. O vaxta qədər biz gücləndirici dozalara davam etməliyik. Xüsusilə də yaşlılar və ya xroniki xəstəlikləri olan insanlar üçün”, - deyə bildirib.


Qeyts peyvənd yolu ilə insanlara çiplərin yerləşdirilməsi barədə iddialara bu cür reaksiya verib: 


“2015-ci ildə pandemiyanın baş verəcəyi və on milyonlarla insanın ölümünə səbəb olacağı ilə bağlı qorxularımı bildirdim. Fondum insanların həyatını xilas etmək üçün peyvənd tədqiqatını maliyyələşdirir, onlara milyardlarla dollar xərcləyirəm. Peyvəndlərdə yerləşdirilən çip ideyası mənasızdır. Niyə insanların harada olduğunu bilmək istəyim? Bu məlumatlarla nə edəcəm?”.


Lazımi addımlar atıldığı təqdirdə yeni bir pandemiyanın qarşısının alına biləcəyini bildirən Qeyts, qlobal epidemiyaya qarşı səfərbərlik üçün yaradılan “GERM” komandasına ildə 1 milyard dollar sərmayə qoyacağını da açıqlayıb.

 

Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...