45 minlik üz kreminə görə qınağa tuş gələn aktrisadan AÇIQLAMA: "İndi hər şey bahadır"

45 minlik üz kreminə görə qınağa tuş gələn aktrisadan AÇIQLAMA:
Dəbdəbəli həyatı ilə tez-tez gündəmdə olan aktrisa Yasemin Özilhan sosial şəbəkələrdəki paylaşımları ilə müzakirə obyektinə çevrilib.
 
Sfera.az bildirir ki, aktrisa ötən gün müğənni Gülşənin hazırladığı geyim kolleksiyasının təqdimat mərasiminə dəvət edilib. Ötən aylarda çəkisi 760 türk lirəsi olan qozla resept tövsiyəsi verən, daha sonra 45 min lirə dəyərində üz kremi təklif edən aktrisa qatıldığı tədbirdə mətbuat mənsublarının suallarını cavablandırıb.

Yasemin müxbirin, "Geyimlərinizdən bəziləri çox bahadır və tənqidə səbəb olur, bu haqda nə düşünürsünüz?" sualına bu cür reaksiya verib: "Təkcə paltarlarım, zinət əşyalarım baha deyil. İndi hər şey bahadır – pendir, süd, xüsusən də paltarlar. Həyat bahadır. Brend həvəsim yoxdur, mənə nə yaraşırsa, onu geyinirəm”

Türkan 
Sfera.az


OXŞAR XƏBƏRLƏR