Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…
Kateqoriya məlum deyil
Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiyini bildirib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar Fransanın 41 rus diplomatını ölkədən çıxaracağını bildirdikdən, İspaniyanın Moskvadakı səfirliyi və Sankt-Peterburqdakı səfirliyi ilə bağlı açıqlama verdikdən sonra qəbul edilib.
Qeyd edək ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyi 27 ispan diplomatı "persona non-qrata” elan edib və onlardan bir həftə ərzində Rusiya Federasiyasının ərazisini tərk etmələri tələb olunub.
Əzizə Zeynal
Sfera.az






