ABŞ bu ölkəyə hərbçilərini göndərir

ABŞ bu ölkəyə hərbçilərini göndərir
ABŞ Prezidenti Co Bayden yüzlərlə hərbçinin Somaliyə göndərilməsi ilə bağlı qətnamə imzalayıb.
 
Sfera.az "New York Times”a istinadən bildirir ki, Bayden Tramp dövründə Amerika əsgərlərinin böyük ölçüdə geri çəkildiyi Somali üçün yeni addım atıb. Bayden ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) tələbi ilə Somalidə Xüsusi Əməliyyatlara bağlı yüzlərlə əsgərin təyin edilməsi üçün lazım olan icazəni imzalayıb. ABŞ prezidenti qərarında terror təşkilatı Əl-Şəbab liderlərini də hədəf alıb.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrian Vatson sözügedən addımı təsdiqləyib və bu yolla Əl-Şəbabla daha təsirli mübarizə aparıla biləcəyini söyləyib.
Tramp dövründə təxminən 700 ABŞ əsgərinin bölgədən geri çəkildiyinə diqqət çəkən səlahiyyətlilər, sözügedən qərarla 450-yə yaxın əsgərin yenidən bölgəyə göndərilməsinin planlaşdırıldığını bildirib.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR