Tramp yenidən prezident olacaq? – Həyat yoldaşından AÇIQLAMA

Tramp yenidən prezident olacaq? – Həyat yoldaşından AÇIQLAMA
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp vəzifəsini tərk etdikdən sonra onun həyat yoldaşı Melaniya Tramp ilk dəfə olaraq ərinin Ağ Evə ikinci dəfə namizəd ola biləcəyinə eyham vurub. 
 
Sfera.az xəbər verir ki, "Fox Nation”a danışan Melaniya Tramp Donald Trampın Ağ Evlə vidalaşmasından sonra vəziyyətinin yaxşı olduğunu və məşğul olduğunu bildirib.

Müsahibəni götürən jurnalist Pet Heqsetin "Ağ Evin yenidən sizin eviniz ola biləcəyinə inanırsınızmı?" sualına Melaniya: "Mən Vaşinqtonu sevirəm, onun hər hansı digər şəhərdən tamamilə fərqli olduğunu bilirəm. ABŞ-ın birinci xanımı olmaq mənim üçün ən böyük şərəf idi. Düşünürəm ki, Tramp administrasiyası dörd il ərzində çox şeyə nail olub. Heç vaxt heç vaxt deməyin", - cavabını verib.

Melaniya Tramp, həmçinin Trampın vəzifədə olarkən üzləşdiyi çoxsaylı tənqidlərə baxmayaraq, rolundan və Ağ Evlə işləməkdən həzz aldığını bildirib.

Qeyd edək ki, Tramp dəfələrlə 2024-cü ildə yenidən prezidentliyə namizəd olacağına eyham vurub. Keçən il yenidən seçilmək istəyib-istəmədiyi soruşulduqda Tramp, başqa variant görmədiyini deyib.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...