“Ermənistanla bu səbəblə sülh imzalanmayacaq” – Politoloqdan AÇIQLAMA
Media
15:29 / 16.05.2022
1809
"Ermənistanın Azərbaycanla qısa müddətdə sülh müqaviləsini bağlaması real görünmür. Erməni tərəfi Azərbaycana təqdim etdiyi 6 bəndlik təklifin iki bəndi Azərbaycan üçün qəbuledilməzdir və bununla da rəsmi Yerevanın real sülhə gəlməsi polemikadır”.
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib. Ekspert Ermənistanın Baş naziri Nikol Paşinyanın müxalifətdən çəkindiyini qeyd edib:
"Ermənistanın xüsusi tapşırıqlar üzrə elçisi Edmon Marukyan qeyd edir ki, Qarabağın statusu və xalqların müqəddəratı danışıqlarda prioritet olmalıdır.
Ermənistanın təklif etdiyi 3-cü bənddə isə deyilir ki, Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarına riayət olunması, habelə "Dağlıq Qarabağın” yekun statusunun müəyyən edilməsi Ermənistan tərəfi üçün prinsipial məsələdir”.
Politoloq sülh üçün bütün qapıların bağlanmalı olduğunu deyib:
"Göründüyü kimi, N. Paşinyan daxildə müxalifətin etirazlarından çəkinərək belə bir bəndi danışıqlara gətirib. Həmçinin Minsk qrupunun fəaliyyəti də qeyd edilir. Təbii ki, Ermənistanın bu mövqeyi qəbuledilməzdir. Azərbaycan tərəfi Ermənistanı növbəti dəfə danışıqlarda praqmatik mövqe tutmaq üçün dövlət sərhəddində güc tətbiq etməlidir. Bununla erməni müxalifəti və N. Paşinyan da reallıqları qəbul etməyə məcburdur. Danışıqları bu istiqamətdə aparmaq qeyri-mümkündür və Ermənistan hakimiyyəti Qarabağ deyib duracaqsa, sülh üçün bütün qapılar bağlanmalıdır”.
Əzizə Zeynal
Sfera.az