“Türkiyə İsveç və Finlandiyaya şərt qoyacaq ki...” – Rusiyanın qonşuları kompromisə gedir?

“Türkiyə İsveç və Finlandiyaya şərt qoyacaq ki...” – Rusiyanın qonşuları kompromisə gedir?
İsveç NATO-ya üzvlük üçün Türkiyəyə heyət göndərib. Finlandiya isə adıçəkilən təşkilata rəsmi qaydada üzvlük üçün çərşənbə günü müraciət edəcək.
 
Maraqlıdır, Rusyanın iki sərhəd qonşusunun NATO-ya üzvlük məsələsi necə sonlanacaq?

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri İsveç və Finlandiyanın terrorçulara ev sahibliyini etdiyini və bu yöndə Türkiyənin tələblərinin olacağını bildirib:

"Türkiyə NATO-nun genişlənməsi siyasətinə qarşı çıxmır. Lakin Türkiyənin İsveç və Finlandiyanın üzvlük haqqı ilə bağlı müəyyən iddiaları var. Bu gün İsveçdə PKK terrorçuları, PYD və YPG qüvvələri siyasi və maliyyə anlamında dəstəklənir. Bu terrorçu qüvvələrə dövlət səviyyəsində logistik dəstək verilir. Bu azmış kimi zaman-zaman İsveç XİN rəhbəri hətta Türkiyəyə terror qruplarına qarşı mübarizəsində bəyanat verir. Finlandiya İsveçə nisbətdə terrorçulara ev sahibliyi etmək yönündə nisbətən zəif qalır və bu yöndə Türkiyədən hansısa tələbləri yoxdur. Lakin Finlandiya da Skandinaviya ölkəsi kimi  Türkiyənin terror əleyhinə mübarizəsində terrorçulara müəyyən mənada dəstək verir və onların Finlandiyada yerləşməsinə köməklik edir”. 

Politoloq Finlandiya və İsveçin Türkiyə ilə kompromisə gedəcəyini qeyd edib:

"Türkiyənin də tələbi belədir ki, bu dəstək dayandırılmalı və terrorçu qruplara ev sahibliyi etməməkə bağlı öhdəlik götürülməlidir. Bu, yalnız NATO ilə bağlı yox, həm də Avropa Birliyində olan ölkələrdə tüğyan edən PKK fəaliyyəti ilə bağlıdır. Türkiyə NATO-ya üzv olan ölkələrin bu məsələdə səmimi olmasını istəyir. Düşünürəm ki, Türkiyənin tələbi təbii və doğrudur. Qardaş ölkə belə bir strateji anda özünün NATO-dakı durumundan istifadə edərək ən azından Türkiyə əleyhinə olan terroru dəstəkləmə siyasətinə son vermək istəyir. Türkiyə buna nail olacaq. Finlandiya bu yöndə razlığını verib və İsveç də bu tələbə qarşı olmayacaq”. 

Əzizə Zeynal
Sfera.az  


OXŞAR XƏBƏRLƏR

"İstanbulda əldə olunan razılaşmaları həyata keçirməyə hazırıq” - Peskov

Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna tərəfinin döyüşlərdə həlak olmuş hərbçilərin cəsədlərini qəbul etmək məsələsində mövqeyini dəyişib-dəyişməyəcəyinin...

Süni intellekt psixoloji diaqnostikanı dəyişdirir

Son illərdə süni intellekt (AI) psixologiya sahəsində də sürətlə inkişaf edir. Xüsusilə psixoloji diaqnostika və müalicə metodlarında AI-nin tətbiqi insan zehni...

Şəmkirdə 59 yaşlı şəxsi elektrik öldürdü

Şəmkirdə 59 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb.   ...

"Rusiya və Ukrayna danışıqları davam etdirməlidir" - Peskov

Rusiya və Ukraynanın memorandumlarına cavab mübadiləsi məsələsində iki nümayəndə heyətinin görüşünün davam etdirilməsi tələb olunacaq.   Sfera.az Rus...

Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır

Ermənistan Dövlət Gəlirlər Komitəsi (DGK) Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır.   Sfera.az Ermənistan mətb...

İran ABŞ-nin təklifini qəbul etmədi

Tehran ABŞ-nin təqdim etdiyi son nüvə təklifini “qəbuledilməz” hesab edir və yaxın günlərdə Oman vasitəsilə rəsmi Vaşinqtona yeni əks-təklif göndərə...