\"Sərhədlərə taktiki nüvə silahı yerləşdirəcəyik\" - Rusiyadan NATO üzvü olmaq istəyən ölkələrə yeni TƏHDİD

\
Finlandiyanın NATO ilə bağlı son açıqlaması Moskvada səs-küyə səbəb olub.
 
Sfera.az-ın məlumatına görə, Rusiya dövlət televiziyası bildirib ki, Moskva ölkənin Finlandiya və İsveçlə Avropa sərhədlərinə taktiki nüvə silahı yerləşdirə bilər. 
"Rossiya One" kanalının şərhçisi, "İsveç və Finlandiyanın rəsmi qərarı qorxuya görədir. Lakin onlar NATO daxilində olanda daha çox qorxacaqlar. Bu ölkələrin NATO bazaları nə vaxt peyda olsa, Rusiyanın onu zərərsizləşdirməkdən başqa yolu qalmır”, - deyə söyləyib.

Kanal, həmçinin mövzu ilə əlaqəli xəritə də yayımlayıb. "Rossiya One”nın dərc etdiyi xəritə də göstərir ki, Finlandiya alyansa qoşulan kimi Rusiyanın hazırkı NATO üzvləri ilə quru sərhədi ikiqat artacaq.

Qeyd edək ki, dünən Finlandiya prezidenti Sauli Niinisto və baş nazir Sanna Marin Helsinki administrasiyasının NATO-ya üzvlük üçün müraciət edəcəyini rəsmən bəyan ediblər.  Baş nazir Marin parlamentin qətnaməni bir neçə gün ərzində təsdiq edəcəyinə ümid etdiyini bildirib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...