Azərbaycan “Avroviziya”nı boykot etməlidir? - 3 variant var

Azərbaycan “Avroviziya”nı boykot etməlidir? - 3 variant var
"Avroviziya” mahnı müsabiqəsində münsif səsverməsi zamanı texniki problem yaşanıb. Yarışmanın rəsmi resursunda Azərbaycan münsiflərinin Ukraynaya 6 səs verdiyi görünüb. Azərbaycanın münsiflər heyəti isə Ukraynaya 12 bal verildiyini bildirib.
 
Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkədə diqqətçəkən paylaşım edib.
 
"Avroviziya”da Azərbaycanla bağlı baş verənlər məqsədyönlüdür, yoxsa texniki xəta olub?
 
Osman Gündüz suala cavabında bunları deyib:

"Düşünürəm ki, burada üç mümkün variant ola bilər:

1. Avroviziya kifayət qədər siyasiləşmiş bir yarışmaya çevrilib. Güman ki, siyasi motivlər əsasında, ikili standartlar əsasında yanaşma olub və AYB məqsədyönlü olaraq Azərbaycanın münsiflər heyətinin verdiyi balları nəzərə almayıb və səsvermə qaydalarını pozduğunu bəhanə edərək münsiflərimizi yarışdan kənarlaşdırıb.

2. Ola bilər ki, bizim münsiflər heyətində səsvermə ilə bağlı fikir ayrılığı olub və bununla bağlı öncədən, nəticələr elan olunandan qabaq informasiya sızıb. Yarışın qaydalarına görə, bu tip hallarda nəticələr nəzərə alınmır.

3. Güman etmək olar ki, münsiflər heyəti hansısa səbəblərdən canlı yayımda balları elan etmək istəməyiblər və məqsədyönlü olaraq bağlantı yaratmayıblar.

Yəni, necə deyərlər, səsvermədə məqsədyönlü olaraq iştirak etmək istəməyiblər”.

O.Gündüz məsələ ilə bağlı rəsmi açıqlama verilməli olduğunu vurğulayıb:

"Avropa Yayım Birliyi artıq rəsmi qərarını verib. Azərbaycanı manipulyasiyada və qaydaları pozmaqda ittiham edib. Münsiflər heyəti isə bunu təkzib edir.

Düşünürəm ki, bu xoşagəlməz proseslərdə Azərbaycanın adı hallandığından Azərbaycan hökumətinin bu məsələni araşdırması, canlı bağlantıya cavabdeh olan telekommunikasiya operatorlarına sorğular verməsi, münsiflərin iclasının protokollarına və gedişinə baxış keçirməsi və yekun nəticələr əsasında rəsmi açıqlama verməsi doğru olardı.

Əgər yuxarıdakılardan 1-ci variant doğru olarsa, onda bir müddət Azərbaycanın bu yarışı rəsmi olaraq boykot etməsi də nəzərdən keçirilə bilər”.
 

OXŞAR XƏBƏRLƏR

Nazirlərin və komitə sədrlərinin qəbuluna getmək istəyənlərin NƏZƏRİNƏ!

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin yanvar ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşl...

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırıldı

Milli Məclis Azərbaycanla Maldiv arasında diplomatik və xidməti pasportları olan şəxslərin viza tələbindən azad edilməsi haqqında sazişi təsdiqləyib.   ...

Milli Məclis Söyüdlü (Zod) qızıl yatağı ilə bağlı sazişi ratifikasiya etdi

Milli Məclis Söyüdlü (Zod) qızıl yatağı ilə bağlı sazişi təsdiq edib.    Sfera.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında &l...

Yardımlı sakinindən külli miqdarda narkotik aşkarlandı

Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəxs saxlanılıb.   ...

Milli Məclisdə təyyarə qəzasında həlak olanların xatirəsi anıldı

Milli Məclisdə təyyarə qəzasında həlak olanların xatirəsi anılıb.   Sfera.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrı...

Televiziya, radio və nəşriyyata büdcədən ayırmalar cüzi artırıldı

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən televiziya, radio və nəşriyyata 67,8 milyon manat ayrılacaq.   Sfera.az xəbər verir ki,  bu, P...