Hadisə 7 otaqlı evə köçür - Qiyməti dodaq uçuqlatdı

Hadisə 7 otaqlı evə köçür - Qiyməti dodaq uçuqlatdı
Ötən günlərdə səssiz-sədasız evlənən Hadisə və Mehmet Dinçerler yaşayacaqları evə qərar veriblər.
 
Sfera.az bildirir ki, cütlük bu yaxınlarda boşanan İbrahim və Mihre Çelikkolun mənzilini kirayələyib. 

Obsesif pərəstişkarına görə, İstinyedəki evini tərk edərək Göktürkə köçən müğənni həyat yoldaşı ilə gözdən uzaqlarda qalacaqları yeri seçib. Belə ki, onlar  Rivadan villa kirayələyiblər. Məşhur cütlüyün evinin aylıq kirayəsi isə eşidənləri təəccübləndirib. Onların mənzilə aylıq 50 min türk lirəsi verəcəkləri məlum olub.  İkilinin 7 otaqlı yeni evlərində hələlik yalnız həftə sonları qalacaqları bildirilib.

Məlumata görə, Hadisə burada yaşamağa uyğunlaşa bilsə,  təxminən 15 milyon lirə qarşılığında evi almağı planlaşdırır.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR