Alimlərdən dünyanı həyəcanlandıran açıqlama: Ölü insanı diriltmək mümkün olacaq

Alimlərdən dünyanı həyəcanlandıran açıqlama: Ölü insanı diriltmək mümkün olacaq
ABŞ-ın Yuta Universitetində aparılan araşdırma beynəlxalq ictimaiyyətdə gündəm yaradıb.
 
Sfera.az bildirir ki, "Nature” jurnalında dərc olunan araşdırmanı həyata keçirən elm adamları ölü bir insandan alınan gözün yenidən həyata qaytarıla biləcəyini sübut ediblər.
 
Alimlər tor qişadakı hüceyrələrin ölümdən 5 saat sonra belə işığa reaksiya verdiyini aşkarlayıblar. Ölən donordan alınan gözün canlı göz kimi fəaliyyət göstərdiyinə diqqət çəkən elm adamları, gələcəkdə beyinə də oxşar müdaxilə edilərsə, ölü bir şəxsin həyata qaytarıla biləcəyini irəli sürüblər: 

"Tor qişadakı bu neyronlar mərkəzi sinir sisteminin uzantısıdır. Bu sinir sisteminə beyin və onurğa beyni də daxildir. Ona görə də mərkəzi sinir sisteminin digər hüceyrələrini də sağaltmaq olar".

Alimlər, həmçinin donordan götürüldükdən dərhal sonra oksigen və digər qidaları gözə çatdıran xüsusi texnologiya hazırlayıblar. Yuta Universitetində araşdırma aparan professor Fatimə Abbas, "İnsan gözündəki fotoreseptor hüceyrələrini oyandıra bildik. Bu hüceyrələr mərkəzi görmə sistemindəki tor qişanın bir hissəsidir və insanların kəskin şəkildə görməsi və rəngləri ayırd etməsi üçün işləyir", - deyə bildirib.

Digər araşdırmaçı Frans Vinberq isə bunları deyib:

"Tor qişa hüceyrələrinin canlı bir göz kimi bir-biri ilə əlaqə saxlamasını təmin etdik. Bu, daha əvvəl gözdə əldə edilməmişdi və heç vaxt bu səviyyədə olmamışdı".

Qeyd edək ki, daha əvvəl Yale Universitetində də oxşar araşdırma aparılmışdı. 2019-cu ildə aparılan araşdırmada alimlər öldürülmüş 32 donuzun beynini yenidən aktivləşdirməyə nail olmuşdular.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...