Şimali Koreyadan koronavirus ETİRAFI - Kim Çen İn ölkədə fövqəladə vəziyyət elan etdi

Şimali Koreyadan koronavirus ETİRAFI - Kim Çen İn ölkədə fövqəladə vəziyyət elan etdi
Pandemiyanın başlanğıcından bəri ölkədə koronavirusun olmadığını iddia edən Şimali Koreyanın son açıqlaması təəccübləndirib.
 
Sfera.az bildirir ki, ölkədə virusa ilk yoluxma halının qeydə alındığı açıqlanıb. 

Ölkənin yerli mətbuatının məlumatına görə, paytaxt Pxenyanda aşkarlanan xəstədə "Omicron” əlamətləri görülüb. 

Dövlətə bağlı Mərkəzi Xəbər Agentliyi (KCNA) isə lider Kim Çen İnin rəhbərliyi altında böhran iclasının keçirildiyini bildirib. Məlumata görə,  ölkədə virusa nəzarət sistemi tətbiq ediləcək. KCNA, məqsədin virusu ən qısa zamanda məhv etmək olduğunu bildirsə də,  bunun necə ediləcəyi ilə bağlı heç bir təfərrüat verilməyib. Daha sərt karantin tədbirlərinin həyata keçiriləcəyinə işarə edən Kim Çen İn, xalqın yüksək siyasi şüuru sayəsində fövqəladə vəziyyətin öhdəsindən mütləq gələcəklərini söyləyib. Qeyd olunub ki, Şimali Koreya lideri bu kontekstdə bütün ölkədə karantin qaydalarının tətbiqi ilə bağlı əmr imzalayıb.

Digər tərəfdən Şimali Koreya həm Çin istehsalı olan "Sinovac”, həm də "AstraZeneca” peyvəndi üçün təklifləri rədd etmişdi. Bu səbəbdən bir çox ölkədə sona çatan pandemiyanın bu ölkədə minlərlə insanın ölümünə yol açacağı barədə qorxulu proqnozlar səsləndirilir. Mütəxəssislər, ölkənin kəskin pandemiya tədbirləri görərək Çindəkinə bənzər bir yolu gedə biləcəyini də vurğulayırlar.

Qeyd edək ki, Şimali Koreya pandemiyanın başlanğıcından bəri sərhədlərini bağlı saxlayaraq virusu uzaq tutmağı hədəfləmişdi. Bu siyasət, öz növbəsində, kasıb ölkəyə lazımi təchizat axınını xeyli azaltdığından, ağır iqtisadi vəziyyətə və ərzaq qıtlığına səbəb olmuşdu.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...