Ermənistandakı aksiyalar Qarabağa sıçrayır?

Media
16:16 / 11.05.2022
1805
Bir neçə müddətdir ki, Emənistanın keçmiş rəhbərləri və onlara yaxın çevrələr İrəvan və Ermənistanın digər rayonlarında etiraz aksiyaları təşkil edir. Artıq heç kəsə sirr deyil ki, onlar kütləvi aksiyalar təşkil etməklə ölkədə vəziyyəti gərginləşdirmək, N.Paşinyan iqtidarını devirmək və növbəti dəfə hakimiyyəti zəbt etmək planını gerçəkləşdirməyə cəhd göstərirlər.
Ermənistanda hazırda baş verən siyasi proseslər 1998-ci ildə kütləvi itaətsizlik təşkil etməklə Robert Köçəryanın Levon Ter-Petrosyanın istefasına nail olmaq və hakimiyyəti mənimsəmək ssenarisi ilə eynilik təşkil edir. Ancaq R.Köçəryan-S.Sarkisyan cütlüyünün hazırda niyyətinə çatacağı inandırıcı deyil.
Məsələ ondadır ki, erməni xalqı 20 ildən artıq bir dövrdə R.Koçaryan-S.Sarkisyan cütlüyünün oğru, talançı və qaniçən rejiminin idarəçiliyinin acı nəticələrini indi də yaşayır. Son parlament seçkiləri də göstərdi ki, hətta Azərbaycanla müharibədə ağır məğlubiyyət, çoxsaylı insan itkisinə baxmayaraq, erməni xalqı keçmiş cinayətkar və qaniçən rejimin rəhbərlərinə yenidən meydan vermək niyyətində deyil. Təsadüfi deyil ki, bir neçə gün öncə etirazçıların sayı 15 min həddində idisə, hazırda bu say 5 mindən azdır. Digər yandan hakimiyyətə qarşı etiraz aksiyaları təşkil edənlərin Ermənistanın düşdüyü vəziyyətdən çıxması üçün heç bir proqramı yoxdur.
Etirazçılar sadəcə olaraq Paşinyanı devirmək istəyirlər. Sonrakı planlarının nə olacağı isə nə özlərinə, nə də erməni cəmiyyətinə bəllidir. Məhz buna görə indi bütün cəhdlərə baxmayaraq, onlar Paşinyan hakimiyyətinə təsirli təzyiq göstərmək üçün küçələrə lazımi kontingenti çıxartmağa və onları hakimiyyətə qarşı səfərbər etməyə nail ola bilmədilər.
Ermənistanda baş verən etirazlar fonunda dünən Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarəti altındakı Xankəndi şəhərində baş verən atışma diqqət çəkir. Məsələ ondadır ki, general Samvel Karapetyan Xankəndinin mərkəzində 4 Gəncə odlu silahdan atəş açıb. Məlum olduğu kimi, Karapetyan S.Karapetyanın erməni millətçilərinin 1988-ci ildən Azərbaycan ərazilərində başladığı terror siyasətinin fəallarındandır. Bu şəxs hərbi əməliyyatlarda fəallığı və qəddarlığı ilə seçilib.
R.Koçaryan, S.Sarkisyan, S.Karapaetyan və onlar kimilər unudurlar ki, hazırda 1990-cı ilin əvvəlləri deyil. Bu gün onların hansısa ssenarini gerçəkləşdirmək və yenidən hakimiyyəti mənimsəmək şansları sıfra bərabərdir. Onlar bu və ya başqa formada hakimiyyəti ələ keçirsə belə Azərbaycan ordusu ölkəmizin ərazisində ermənilərin vəziyyətin gərginləşdirilməsinə yönəlmiş istənilən cəhdinin qarşısını dərhal alacaq və Ermənistan növbəti dəfə revanşistlərin özbaşınalığının acı nəticələrini ödəmək məcburiyyətində qalacaq.