Şahzadə rəsmi tədbirlərə qatılması üçün həyat yoldaşına milyonlarla avro ödəyir - Gizli müqavilə iddiası

Şahzadə rəsmi tədbirlərə qatılması üçün həyat yoldaşına milyonlarla avro ödəyir - Gizli müqavilə iddiası
Son bir ildir müzakirə obyektinə çevrilən Monako şahzadəsi II Albert və həyat yoldaşı Şahzadə Şarlin haqqında heyrətamiz iddia ortaya atılıb.
 
Sfera.az bildirir ki, sözügedən iddia Monakodakı evindən, əkiz övladlarından və yaşadığı sağlamlıq problemlərini əsas gətirərək uzun müddətdir ailə üzvü kimi vəzifələrindən uzaq olan Şahzadə Şarlinlə Albert arasındakı gərginliyi bir daha gündəmə gətirib. Fransanın "Voici” jurnalının yazdığına görə, Şahzadə Albert həyat yoldaşı Şarlinlə dövlət işlərinə qayıtması, yəni qatıldığı tədbirlərdə onun yanında olması üçün "tam məxfi” müqavilə imzalayıb. Bu müqaviləyə əsasən, Albert Şarlenə hər il 12 milyon avro ödəməyə razı olduğu deyilib. Jurnalın bu iddiası 2011-ci ildə ailə quran cütlüyün heç də xoşbəxt olmadığı haqda ehtimalları gücləndirib.

Digər tərəfdən, Şahzadə Şarlinin ilk dəfə infeksiyaya yoluxduğu üçün Cənubi Afrikada 10 ay qaldığı irəli sürülüb. Monakoya qayıtdıqdan sonra onun İsveçrədəki klinikalardan birində müalicə olunduğu və bir daha görünmədiyi açıqlanıb. Lakin o, son 15 gündə əri və uşaqları ilə iki dəfə iki fərqli tədbirdə ictimaiyyət və kameralar qarşısına keçib. Bu vəziyyət şahzadənin sağlamlığını bərpa etməsi və vəzifəsinə qayıtması kimi şərh edilib. Bununla belə, "Voici”nin iddiasına görə, müşahidə edilənlərin arxasında imzalandığı deyilən milyon avroluq müqavilə var.

Eyni iddianı "Paris Match Belgium” adlı nəşr də yayımlayıb. Bu nəşrə görə, Şarlin müqavilə çərçivəsində bəzi tədbirlərdə iştirak edəcək. Bunlara onun keçən həftə qatıldığı F1 Qran Prisi və Monakonun mühüm icma tədbirlərindən biri olan "Gül Balı” daxildir. Monako Sarayı hələlik bu iddialara münasibət bildirməyib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Özü rus, xanımı ukraynalı Milli Qəhrəman - VİDEO

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin kapitanı, Milli Qəhrəman İqor Kşnyakinin xanımı Yana Kşnyakina “İTV”yə müsahibə verib. &nb...

Xalq artisti Ənvər Həsənovun dəfn yeri MƏLUM OLDU

Ötən gün axşam saatlarında vəfat edən Xalq artisti Ənvər Həsənov bu gün torpağa tapşırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məl...

ABŞ-də tornado nəticəsinə ölənlərin sayı 36-ya çatdı

ABŞ-nin bir neçə ştatını vuran qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.   Sfera.az xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Truth ...

40 alpinistin gözü qarşısında faciəli şəkildə vəfat edən Devid Şarpın hekayəsi

Everest dünyanın ən yüksək zirvəsi və eyni zamanda ən təhlükəli dağlarından biri kimi tanınır. Zirvəyə çatmaq üçün tələb olunan fiziki dözümlə yanaşı, həddindən...

YUĞ-da nə baş verib? - Teatr üzr istədi

Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası yarımçıq dayandırılıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, ...

Nazirlik Xalq artistinin ölümü ilə bağlı nekroloq yaydı

Xalq artisti Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.   Sfera.az xəbər v...