Azərbaycan bu məhsulların ixracını 10 dəfə ARTIRDI

Azərbaycan bu məhsulların ixracını 10 dəfə ARTIRDI
2022-ci ilin yanvar-aprel ayları üzrə Azərbaycanın qeyri-neft mallarının ixrac dəyəri 38,5% artaraq 965,5 milyon ABŞ dolları olub.

Sfera.az xəbər verir ki, bu haqda məlumatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi açıqlayıb.

Bu ilin ilk 4 ayında qeyri-neft mallarının satış dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 268,6 milyon dollar çoxdur. Ötən ilin ilk 4 ayında 696,9 milyon dollar dəyərində olub.

2022-ci ilin yanvar-aprel ayları üzrə kimya sənayesi məhsullarının ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 dəfə artıb.

Qeyri-neft ixracının tərkib hissəsində az qiymətli metallar və ondan hazırlanan məmulatlarının həcminin artdığını görürük. Bu mal qrupunun strukturunda əsas payı alüminium və ondan hazırlanan məmulatlar tutur. Xüsusilə, alüminum məhsulları üzrə geniş çeşidlənmə və müxtəliflik hiss edilir.

Aprel ayı üzrə qeyri-neft ixracı 22% artaraq 238,3 milyon ABŞ dolları təşkil edib. Həmin dövr ərzində qeydə alınan qeyri-neft ixracının 21,6% yeyinti məhsullarının, 78,4%-i isə qeyri-yeyinti məhsullarının payına düşüb. Aprel ayı ərzində yeyinti məhsulları üzrə ixracın cəmi 6,2% artmasının əsas səbəbi şokolad və ondan hazırlanan məmulatların 2 dəfə,  meşə fındığı üzrə 52,5%, qara çayın ixracı üzrə isə 19,4% artımın qeydə alınmasıdır.
 
Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Özü rus, xanımı ukraynalı Milli Qəhrəman - VİDEO

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin kapitanı, Milli Qəhrəman İqor Kşnyakinin xanımı Yana Kşnyakina “İTV”yə müsahibə verib. &nb...

Xalq artisti Ənvər Həsənovun dəfn yeri MƏLUM OLDU

Ötən gün axşam saatlarında vəfat edən Xalq artisti Ənvər Həsənov bu gün torpağa tapşırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məl...

ABŞ-də tornado nəticəsinə ölənlərin sayı 36-ya çatdı

ABŞ-nin bir neçə ştatını vuran qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.   Sfera.az xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Truth ...

40 alpinistin gözü qarşısında faciəli şəkildə vəfat edən Devid Şarpın hekayəsi

Everest dünyanın ən yüksək zirvəsi və eyni zamanda ən təhlükəli dağlarından biri kimi tanınır. Zirvəyə çatmaq üçün tələb olunan fiziki dözümlə yanaşı, həddindən...

YUĞ-da nə baş verib? - Teatr üzr istədi

Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası yarımçıq dayandırılıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, ...

Nazirlik Xalq artistinin ölümü ilə bağlı nekroloq yaydı

Xalq artisti Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.   Sfera.az xəbər v...