Lirənin ucuzlaşması Azərbaycanda inflyasiyaya necə təsir edəcək? - TƏHLİL
Media
13:43 / 11.05.2022
1499
Son aylarda Türkiyənin milli valyutası olan lirənin (TL) məzənnə dəyərində kəskin enmə müşahidə edilir. Sürətli ucuzlaşma nəticəsində Azərbaycanda da TL-nin manata nəzərən dəyərinin nəzərəçarpacaq dərəcədə düşməsi qeydə alınıb. Mərkəzi Bankın məlumatına əsasən, ilin əvvəlindən bəri TL/manat kursunda azalma 12 faizi ötüb. Yanvarın əvvəlində 0,126 TL olan bir manat hazırda 0,111 manatdır.
Sfera.az bildirir ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdəndir. Buna görə də Türkiyənin milli valyutasının kəskin dəyər itirməsi diqqətdən yayınmır.
2022-ci ilin birinci rübünün məlumatına əsasən, xarici ticarətdə ən böyük ikinci tərəfdaşımız Türkiyə olub. Birinci rübdə ölkəmizin xarici ticarət dövriyyəsi 10,9 milyard ABŞ dolları, o cümlədən ixracın dəyəri 7,98 milyard dollar, idxalın dəyəri 2,93 milyard dollar təşkil edib. Türkiyəyə ixracın dəyəri 961 milyon dollar olub və cəmi ixracın 12 faizini formalaşdırıb.
İdxalda Türkiyə ilk sıradadır. Qardaş ölkədən 482,2 milyon dollar dəyərində mal alınıb.
Türkiyə həm də Azərbaycanın turizm sahəsində əməkdaşlıq etdiyi əsas ölkələrdəndir. Hər il Azərbaycandan Türkiyəyə və əks istiqamətdə bir neçə yüz min turist səfərləri olur.
TL-nin ucuzlaşması Azərbaycan idxalı artırdığı kimi bu ölkəyə ixracı da bahalaşdırır. Həmçinin Türkiyədən gəlib Azərbaycanın xidmətlərindən yararlanan şəxslərin xərcləri artır.
Lakin bu nəzərə izahdan elə anlaşılmamalıdır ki, ucuz TL Azərbaycan üçün əlverişsizidir. Real vəziyyət nəzərə alındığında görürük TL-nin ucuzlaşmasının Azərbaycanın ixracına ciddi təsiri yoxdur. Çünki Azərbaycan Türkiyəyə elə məhsullar ixrac edir ki, həmin məhsullara ehtiyac böyükdür və onlar hökmən alınmalıdır. Məsələn, ixracımızda təbii qaz, neft məhsulları, kimya sənayesi məhsulları, elektrik enerjisi, əlvan metallar üstünlük təşkil edir və belə məhsulları alan zaman məzənnə fərqi önəm kəsb etmir.
Vasif
Sfera.az