"Rusiyada hərbi çevriliş ola bilər" - Politoloq
Media
12:30 / 11.05.2022
1188
"Rusiyada hakimiyyət dəyişə bilər”.
Sfera.az bildirir ki, bunu "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. O, bu ölkədə bir gündə 5 qubernatorun istefa verdiyini vurğulayıb:
"Məlumdur ki, belə mütəşəkkillik yalnız tapşırıq əsasında ola bilər. Qələbə paradının ab-havası, Putinin səhhəti ilə bağlı mətbuata sızdırılan məlumatlar, bəzi Rusiya internet resurslarının bağlanması, Rusiyada hərbi vəziyyətin elan oluna biləcəyi ilə bağlı şaiyələr və s. bu ölkədə siyasi hakimiyyətin böhran vəziyyətində olmasına işarədir. Bu baxımdan hakimiyyət dəyişə, Putin özünü qorumaq üçün total repressiyalara əl ata, ölkə qarşıdurmalara sürüklənə bilər”.
Politoloq hərbi çevrilişin də baş verə biləcəyini əlavə edib:
"Bu hallardan heç biri uzun vədədə Azərbaycan üçün müsbət nəticələnməyə bilər. Qısa vədəli baxdıqda isə belə hadisələr bizə və digər postsovet ölkələrə Rusiyadakı qarşıdurma dövründə öz təhlükəsizliyini möhkəmləndirmək üçün qısamüddətli şans yarada bilər”.
Günay Rəsulqızı
Sfera.az