"Apple" bu cihazların istehsalını dayandırır

"Apple” şirkəti 21 ildən sonra "iPod Touch” istehsalını dayandırmaq qərarına gəlib.
 
Sfera.az bildirir ki, şirkət məhsulun satışının isə ehtiyatlar tükənənə qədər davam edəcəyini açıqlayıb. 

Qurumun ümumdünya marketinq üzrə vitse-prezidenti Qreq Cosvik cihazın musiqinin necə kəşf edildiyini, dinlənildiyini və paylaşıldığını yenidən müəyyənləşdirdiyini söyləyib. "CCS Insight”dan Ben Vud isə bildirib ki,  "iPhone”un bir gün "iPod” cihazlarını əvəz etməsi qaçınılmazdır. "Apple "iPhone”u yaradanda bunun "iPod”lar üçün son olacağını bilirdi. 

Xatırladaq ki, cihaz sonuncu dəfə 2019-cu ildə yenilənib. MP3 pleyerin istehsalına 2001-ci ildə başlanılıb. Həmin cihaza 1000 mahnı yükləmək mümkün olurdu. Hazırda "Apple”ın musiqi xidməti "Apple Music” 90 milyondan çox musiqiyə malikdir.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bu il şam ağacı və bəzəkləri neçəyə başa gələcək? - MƏBLƏĞLƏR

Bakıda Yeni il bayramı yaxınlaşdıqca, şəhər sakinləri və qonaqlar şam ağacı, bəzəklər və işıqların qiymətləri ilə maraqlanırlar. Bu il də mağazalar və onlayn pl...

Türkiyə Suriyanın neft-qaz bazarına girir - İki ölkənin sistemləri birləşdiriləcək

Türkiyə Suriyada neft və təbii qaz hasilatının artırılmasına, ixracın genişləndirilməsinə kömək etmək istədiyini bildirib.   Sfera.az “Bloomber...

Gələn ilin büdcəsi rekord səviyyəyə çatacaq - Müqayisə

2025-ci ildə Azərbaycanın müstəqillik tarixinin ən böyük ikinci dövlət büdcəsi icra ediləcək. Gələn ilin büdcənin gəlirləri 38 milyard 356 milyon manat, xərclər...

“Diplomatik xidmət haqqında” yeni qanun layihəsi son oxunuşda təsdiqləndi

Milli Məclis diplomatik xidmət orqanları əməkdaşlarının fəaliyyət istiqamətlərinin müəyyənləşməsi məsələsini üçüncü oxunuşda təsdiqləyib.   Sfera.az ...

“Azərbaycan Çeçenistandan heç bir yardımı qəbul etməyəcək!” - PA

Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, “Ramzan Kadırovun göstərişi ilə onlar Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəs...

Azərbaycan diplomatları və ailə üzvləri üçün güzəştlər III oxunuşda qəbul edildi

Milli Məclis Azərbaycanın diplomatları və onların ailə üzvləri üçün güzəştlər edilməsi dəyişikliyini son oxunuşda qəbul edib.   Sfera.az xəbər verir ...