Hadisə balayından FOTOLAR paylaşdı

Hadisə balayından FOTOLAR paylaşdı
Ötən həftə sadə toy mərasimi ilə evlənən Hadisə - Mehmet Dinçerler cütlüyünün balayı paylaşımları sosial mediada gündəm olub.
 
Sfera.az bildirir ki, İnstaqramda 13,7 milyon izləyicisi olan ifaçı tətildən olan kadrları izləyiciləri ilə bölüşüb. Özünün "Yaz günü” adlı mahnısının fonunda sahildə pozalar verən Hadisə bu fikirləri əlavə edib: "Ürəyimi oğurlayır, bu dəniz”.

Xatırladaq ki, ötən gün Kiprdə səhnəyə çıxan müğənni gizlicə nikah masasına oturduqlarını təsdiqləyib. 

"Prenses” mahnısını ifa edən Hadisə,  "İllərdir bu mahnını oxuyuram, amma evləndikdən sonra ilk dəfə oxuyacağam. Mahnımda belə bir şey deyirəm – "Atamın evində şahzadələr kimi idim”. Həyat yoldaşım mənə həqiqətən də kraliça kimi yanaşır. Şahzadə kimi deyil, kraliça kimi. Hər şeyə görə ona təşəkkür edirəm. Çünki o, məni çox sevir, hər zaman yanımdadır”, - deyə söyləyib.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR