Logo

Şimali Koreya 3 gün keçməmiş yenə raket atdı

Şimali Koreya 3 gün keçməmiş yenə raket atdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şimali Koreya üç gün əvvəl keçirdiyi raket sınağından sonra bu gün yeni sınaqlara başlayıb.

Sfera.az bildirir ki, Kim Çen İnin sualtı qayıqdan qitələrarası ballistik raket atdığı qeyd olunub. Məlumata görə, Şimali Koreyanın sınağı ABŞ-ın Pxenyanın nüvə sınağına hazırlaşdığını elan etməsindən dərhal sonra baş verib.

Cənubi Koreya və Yaponiya qısa mənzilli ballistik raketin yerli vaxtla saat 14:07-də sualtı qayıqdan buraxıldığını açıqlayıb. Raket Şimali Koreyanın əsas hərbi gəmiqayırma zavodunun yerləşdiyi Sinpo sahillərinə düşüb. Sinpodan gələn son peyk fotoşəkilləri hərbi bazada sualtı qayıqların fəaliyyətini nümayiş etdirib.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR