Sabiq deputat miras məsələsinə görə qardaşını güllələdi - ANBAAN VİDEO

Sabiq deputat miras məsələsinə görə qardaşını güllələdi - ANBAAN VİDEO
Milliyyətçi Hərəkat Partiyasının (MHP) keçmiş millət vəkili Kemalettin Nalcı qardaşını güllələyib.
 
Sfera.az bildirir ki, hadisə Çerkezköy mahalına bağlı Cümhuriyyət Mahallesi ərazisində baş verib. Belə ki, 23-cü dövr MHP Tekirdağ millət vəkili Kemalettin Nalcı ilə böyük qardaşı Əziz Nalcı arasında mübahisə düşüb. Mübahisə davaya çevrilib və silahını çıxaran Kemalettin Nalcı qardaşının üstünə güllə yağdırıb. Əziz Nalcı güllələrdən birinin ayağına dəyməsindən sonra yerə yıxılıb.

Hadisə yerinə tibbi yardım maşını gəlib. İlkin müdaxilənin ardınca Əziz Nalcı xəstəxanaya aparılıb.  Kemalettin Nalcı isə polislər tərəfindən nəzarətə götürülüb. Hadisə anı ətrafdakı təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb. 

İddialara görə, iki qardaş arasındakı davaya səbəb vərəsəliklə əlaqəli olub. Faktla bağlı araşdırmalar davam etdirilir.

 
Günay Rəsulqızı
Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...