Kreml ETİRAF ETDİ: Rusiya həmişəlik Ukraynada qalacaq!

Kreml ETİRAF ETDİ: Rusiya həmişəlik Ukraynada qalacaq!
Rusiyalı siyasətçi Andrey Turçakın Xersona səfər edərkən dediyi sözlərlə səs-küy yaradıb.
 
Sfera.az bildirir ki, Kreml rəsmisi Dünyaya Ukraynanın keçmişə qayıtmasının mümkün olmayacağı barədə xəbərdarlıq edib. Turçak söyləyib ki, ruslar və ukraynalılar Rusiya qüvvələri tərəfindən ələ keçirilən ilk böyük şəhər olan Xersonda "birlikdə yaşayacaqlar". Beləliklə, ilk dəfə yüksək rütbəli rusiyalı rəsmi Moskvanın Ukrayna torpaqlarında yerləşmək niyyətini açıq şəkildə ifadə edərək, Rusiyanın Ukraynanın cənubunda "əbədi” qalacağını iddia edib.

Hakim "Vahid Rusiya” partiyasının yüksək vəzifəli üzvü Andrey Turçak, "Rusiya həmişəlik buradadır. Buna heç bir şübhə olmamalıdır. Biz birlikdə yaşayacağıq, tarixi irslə, burada yaşayan insanlarla zəngin bu rayonu inkişaf etdirəcəyik”, - deyə bildirib.

Digər tərəfdən, Xerson Rusiya qüvvələri şəhəri və onun ətrafını nəzarətə götürəndən bəri ciddi dərman, pul və ərzaq çatışmazlığından əziyyət çəkir. Turçak bildirib ki, Moskva şəhərdə  humanitar mərkəz açacaq.

Günay Rəsulqızı
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...