Logo

Ramazan ayında 711 nəfər zəhərlənib, onlardan 8-i ölüb

Ramazan ayında 711 nəfər zəhərlənib, onlardan 8-i ölüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Apreldə zəhərlənmə ilə bağlı 711 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə Sfera.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Qeyd olunub ki,  onlardan 124-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb:

"Qəbul olan xəstələrdən 62-si dərmandan, 19-u sirkə turşusundan, 7-si dəm qazından, 1-i göbələkdən, 4-ü etil spirtindən zəhərlənib. Digərlərindən 2-si anaflaksiya səbəbindən, 13-ü allergik reaksiyadan, 10-u isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 5-ni ilan, 1-ni isə əqrəb sancıb”.

Qurumun məlumatına əsasən, zəhərlənən şəxslərin 54-ü qadın, 50-si kişi, 20-i uşaq olub:

"Həkimlərin səylərinə baxmayaraq, 124 nəfərdən 8-i (6-sı kişi, 1-i qadın, 1-i uşaq) dünyasını dəyişib.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR