Qum fırtınası 600 nəfəri xəstəxanalıq etdi - FOTO

Qum fırtınası 600 nəfəri xəstəxanalıq etdi - FOTO
İraqda qum fırtınası səbəbiylə uçuşlar dayandırılıb, paytaxt Bağdadda 600-dən çox insan nəfəs darlığı şikayəti ilə xəstəxanaya yerləşdirilib.
 
Sfera.az xəbər verir ki, dünən axşam saatlarından etibarən Ənbar vilayətindən başlayan və ölkəni təsir altına alan qum fırtınası səbəbindən Bağdad, Nəcəf və Süleymaniyyə hava limanlarında görmə məsafəsinin azalmasına görə İraqda uçuşlar dayandırılıb. 

Paytaxt Bağdaddakı Yermuk Xəstəxanasından verilən açıqlamada 600-dən çox adamın nəfəs darlığı şikayəti ilə xəstəxanaya yerləşdirildiyi, xəstələrin əksəriyyətinin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.Açıqlamada xəstəxanalara aparılanların əksəriyyətinin təhlükəsizlik qüvvələrinin üzvləri olduğu bildirilib. 

Qum fırtınası səbəbindən ölüm halı qeydə alınmayıb. 

Baş verən qum fırtınası səbəbi ilə təhlükəsizlik qüvvələri terror təşkilatı DEAŞ-ın hücumunun qarşısını almaq üçün daha ayıq-sayıq olub.

Qeyd edək ki, aprel ayında İraqda beş dəfə baş verən qum fırtınaları səbəbindən Bağdad Beynəlxalq Hava Limanında uçuşlar iki dəfə dayandırılıb.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR