\"Putin 9 Mayda xalqa nəsə deməlidir\" - Gerasimovu ön cəbhəyə göndərdi ki...

\
"Bilirsiniz, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukrayna ərazisində, ön cəbhədə hərbi əməliyyatlara rəhbərlik etmək üçün gedib. Üstəgəl də bu yaxınlarda yaralanıb.  Digər tərəfdən belə fikir var ki, Putinlə Gerasimov arasında ön cəbhədə xidmətlə bağlı dialoq olub. Bu baxımdan deyə bilərik ki, Putin üçün 9 may tarixi önəmlidir və xalqa həmin gün nəsə deməlidir”.
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Teymur Qasımlı deyib. Müsahibimiz vurğulayıb ki, hazırda ağır artilleriya ilə hücuma keçən Rusiyanın qarşısı alınır:
"9 mayda Rusiya xalqa növbəti əməliyyata keçdiklərini deyə, ya da Putin səfərbərlik elan edib Ukrayna ilə daha ağır müharibəyə hazırlaşmaq üçün fikirlər səsləndirə bilər. 9 mayda hər hansı fikir deyilməsə, deməli Rusiya Federasiyası artıq məğlub olub. Bu gün istisna halları çıxmaqla, Putinə qarşı koalisiya var. Hətta kimlərsə pərdəarxasında belə Ukraynaya dəstək verir”.

Müsahibimiz bildirib ki, həmçinin 9 may tarixində "müvəqqəti atəşkəs elan edilib” və ya "müharibə bitib” kimi fikirlər də səsləndirilə bilər: 

"Fikrimcə, sözügedən tarixdə əsasən səfərliyin elan edilməsi, ağır döyüşlərin aparılması ilə bağlı qərarlar çatdırıla bilər. Gerasimovun ön cəbhəyə göndərilməsi bunu ehtiva edir”.

Xatırladaq ki, Kreml dünən Rusiyanın Ukraynaya rəsmən müharibə elan edəcəyi və 9 May Qələbə Günündə milli səfərbərlik elan edəcəyi ilə bağlı iddiaları təkzib edib. Kremlin sözçüsü Dmitri Peskov bütün bu iddiaları "cəfəngiyyat” adlandırıb.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR