Maaş və təqaüdlər yenidən ARTA BİLƏR

Maaş və təqaüdlər yenidən ARTA BİLƏR
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,85 ABŞ dolları, yaxud 2,57 % artaraq 113,55 ABŞ dollarına çatıb. Dünən "Brent” markalı neftin bir bareli isə 106,04 ABŞ dolları olub.
 
Maraqlıdır, neftin qiymətinin artmasının bizim üçün hansı təsirləri ola bilər?

Mövzu ilə bağlı Sfera.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli qiymətlərin yüksəlməsinin ölkə iqtisadiyyatı üçün  faydalı ola biləcəyini deyib: 
"Azərbaycan neft-qaz gəlirlərindən, xüsusilə də neft gəlirlərindən çox asılıdır. Neftin qiymətində artımın olması valyuta gəlirlərini artıra bilər. Bundan başqa makroiqtisadi göstəricilər və ÜDM göstəriciləridə bununla yaxşılaşacaq. Bu səbəblə neftin qiymətinin artmasının Azərbaycan üçün yalnız faydası olacaq”.

Ekspert neftin qiymətinin artması ilə maaşların da arta biləcəyini deyib:

"Azərlight” neftinin də qiymətinin 110 dolları keçməsi ümumilikdə götürəndə ölkə üçün müsbət bir tendensiyadır. Ona görə ki, dünyada neft nə qədər bahalaşırsa, Azərbaycanın valyuta ehtiyatları bir o qədər arta bilir. Azərbaycan neftinin qiymətinin artmasının ölkə iqtisadiyyatına müsbət təsiri olacaq. Ölkənin gəlirləri artırsa, neftin qiymətininin yüksəlməsi ölkəyə əlavə gəlirlər gətirir. Valyuta ehtiyatlarının çox olması hökumətin sosial layihələrə daha çox pul ayıra bilməsinə imkan yaradır. Beləliklə, maaşlarda, təqaüdlərdə də artım olur”.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.







OXŞAR XƏBƏRLƏR

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...