Azərbaycanda neçə valyutadəyişmə məntəqəsi var?
Kateqoriya məlum deyil
Azərbaycanda son 5 ayda verilə yeni lisenziyalarla valyuta mübadiləsi fəaliyyətinə lisenziya alan şəxslərin sayı 4-ə çatıb.
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin dekabrına qədər Azərbaycanda bir müstəqil valyutadəyişmə məntəqəsi fəaliyyətdə olub. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 520-də qeydiyyatda olan "Eliko" MMC elə həmin ünvanda da valyuta mübadiləsi fəaliyyətini gösgtərir.
2021-ci ilin dekbarın 8-də "Delta Capital" MMC-yə lisenziya verilib. Bu qurum Bakı şəhəri, Yasamal rayonu, məhəllə 581-də valyuta mübadiləsi ilə məşğul olur.
2022-ci ilin martın 15-də isə daha 2 şəxs - "Zuhur" MMC və "Baki Mərkəzi valyuta" MMC valyuta mübadiləsini həyata keçirir. "Zuhur" MMC Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov küçəsi, ev 6c-də, "Baki Mərkəzi Valyuta" MMC Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 31, mənzil 11;13 ünvanında fəaliyyət göstərir.Vasif
Sfera.az






