Rubl bir qədər də bahalaşdı: Məzənnə ikiillik maksimuma çatıb
Kateqoriya məlum deyil
Rublun ABŞ dollarına qarşı olan məzənnəsi son 2 ilin ən yüksək səviyyəsinə çatıb.
Sfera.az xəbər verir ki, dollar/rubl kursu bu gün bir qədər də enərək 66,2 səviyyəsinə düşüb. Bu səviyyə 2020-ci ilin fevralından sonra qeydə alınan ən aşağı səviyyədir.
Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədar olaraq bu ilin martın əvvəlində dollar/rubl məzənnəsi 144 həddinə qədər artmışdı. Lakin hökumətin və mərkəzi bankın atdığı addımlar sayəsində, eyni zamanda dünyada enerji daşıyıcılarının bahalaşması hesabına son 2 ayda rublun məzənnəsi möhkəmlənir.Neft və qazın qiyməti bir qədər də artacağı təqdirdə və ya mövcud qiymətlər sabit qalacağı halda rublda bahalaşma davam edəcək.
Vasif
Sfera.az






