Rusiya-Ukrayna müharibəsində MAGİYA İDDİASI: “Şeytan möhürü”ndən mədət umurlar”

Rusiya-Ukrayna müharibəsində MAGİYA İDDİASI: “Şeytan möhürü”ndən mədət umurlar”
Luqansk vilayətində tərk edilmiş hərbi bazanın divarındakı simvol böyük səs-küyə səbəb olub.
 
Sfera.az bildirir ki, Rusiya xəbər agentliyi "RİA” sözügedən simvolun qanla çəkildiyini və fövqəltəbii qüvvələrlə əlaqəli olduğunu iddia edib. 

Ukrayna əsgərlərinin qara magiyadan istifadə etdiyinə dair ciddi əlamətlərin olduğunu bildirən agentlik, onun "şeytanın möhürü” olduğunu bildirib və bu ifadələri qeyd edib: "Ukraynalıların silahlarına xeyir-dua verməyə və qanla işarələr çəkməyə çalışdıqlarını görmüşük. Simvollar sayəsində ərazilərini enerji ilə doldurmağa və daha çox ziyan vurmağa ümid edirlər”.

Rus kulturoloq və filosof Yekaterina Dais qara mürəkkəblə çəkilmiş simvolun "qaranlıq qüvvələrin sehrli möhürü” olduğunu deyib. O, ukraynalıların silahlarını gücləndirmək üçün ayinlər yerinə yetirdiklərini və fövqəltəbii qüvvələrdən onlara əlavə silah göndərilməsini istədiklərini söyləyib. Simvolu tədqiq edən alim, "Bu, çoxlu kəsişən xətlərdən ibarət sehrli bir simvoldur. Bunun nə demək olduğunu dəqiq söyləmək çətindir. Kim edibsə, əlini qaldırmadan çəkib. Simvolun altında yazılan "zain”  ibrani dilində "qılınc” deməkdir”.

Qeyd edək ki, bu yaxınlarda Rusiya keşişlərinin Ukraynanın hədəfində olan Belqorod yaxınlığındakı Starıy Oskol qəsəbəsinə hərbi helikopterə minərək havadan xeyir-dua verdiyi görülüb. Görüntülərin sosial şəbəkələrdə yayılması, "Putinin işi Allaha qalır”, "Putin möcüzə gözləyir” kimi şərhlərə səbəb olub. Ukraynalılar isə Rusiya liderinin fövqəladə qüvvələrdən yardım umduğunu deyiblər.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...