Logo

Peskov 9 May tarixi ilə bağlı iddiaları təkzib etdi - “Bu, cəfəngiyyatdır…”

Peskov 9 May tarixi ilə bağlı iddiaları təkzib etdi - “Bu, cəfəngiyyatdır…”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kreml dünən Rusiyanın Ukraynaya rəsmən müharibə elan edəcəyi və 9 May Qələbə Günündə milli səfərbərlik elan edəcəyi ilə bağlı iddiaları təkzib edib.

Sfera.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bütün bu iddiaları "cəfəngiyyat” adlandırıb.

Qeyd edək ki, Ukraynaya rəsmən müharibə elan etməyən Rusiya hücumlarını "xüsusi hərbi əməliyyatlar” adlandırır. Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles isə Rusiya Prezidenti Vladimir Putinin mayın 9-da Sovet İttifaqının İkinci Dünya Müharibəsində faşist Almaniyası üzərində qələbəsini qeyd etdiyi tarixdə "səfərbərlik” elan edəcəyini, Putinin səfərbərliyinin isə "nasistlərə qarşı birlik” olacağını bildirib.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR