Conni Depp haqqında yeni iddia: “Amberi çarpayıya atıb gecə paltarını cırdı və...”

Conni Depp haqqında yeni iddia: “Amberi çarpayıya atıb gecə paltarını cırdı və...”
Məşhur aktyor Conni Depp ilə həyat yoldaşı Amber Hard arasında məhkəmə çəkişməsi davam edir.
 
Sfera.az bildirir ki, Virciniya ştatında baş tutan məhkəmədə Amber Hördün şahidləri danışıblar. Onlardan biri də psixoloq Davn Hyuc olub. Onun şahidliyi zamanı Hördün bəzən gözlərini yumduğu və vaxtaşırı göz yaşlarına boğulduğu müşahidə edilib.
 
Məişət zorakılığı üzrə ekspert kimi tanınan Hyuc Depp tərəfindən edilən cinsi zorakılıq nümunələrini sadalayıb. Psixoloq Conni Deppin spirtli içki və ya narkotikin təsiri altında olarkən Hördə zorla sahib olmaq istədiyini iddia edib. Onun sözlərinə görə, bir gün həddindən artıq sərxoş olan Depp Amberi çarpayıya itələyərək gecə  paltarını çıxarıb və onu cinsi əlaqəyə məcbur edib. Hyuc deyib ki,  belə cinsi zorakılıq halları bir neçə dəfə baş verib. Mütəxəssis bu anları "sevgi” deyil, "Deppin hakim olduğu anlar" kimi qiymətləndirib. Psixoloqun ifadəsinə görə, Depp, iradəsinə zidd olaraq Amberlə birlikdə olmaq istəsə də, uğursuz olduqda, daha da qəzəblənir və onu günahlandırmağa başlayırdı.

Məhkəmə zamanı Depp haqqında başqa bir iddia da ortaya atılıb. Conninin obsesif qısqanc olduğu bildirilib. Qeyd olunub ki, Depp çəkildiyi filmlərdə Amberin kamera qarşısına çılpaq çıxmasını istəməyib. Deppin qısqanclığı bununla məhdudlaşmayıb. O, Hördün bəzi aktyorlarla birgə rol almasını da istəməyib.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

ABŞ Suriyaya qarşı sanksiyaları ləğv etmir – "İsrailə ciddi təhdid var"

ABŞ rəsmiləri Suriyanın beynəlxalq birliklə münasibətlərinin normallaşması üçün bəzi şərtlər irəli sürüb. Suriyada uzun illər davam edən vətəndaş müharibəsi və ...

İlham Əliyev: “Minsk qrupunun ləğv edilməsinin vaxtı çoxdan çatıb”

Prezident İlham Əliyev keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ...

Məşhur Tiktoker həbs edildi

Aprelin 21-də Myanmada güclü zəlzələ olacağını proqnozlaşdıran astroloq Con Moe The saxlanılıb.   Sfera.az “BBC”ə istinadən xəbər verir ki,...

Çin bəzi ABŞ məhsullarına gömrük rüsumunu ləğv edib – İddia

Çin hökumətinin ABŞ-dən idxal olunan bəzi yarımkeçiricilərə (çip) tətbiq etdiyi əlavə 125 faiz gömrük rüsumunu ləğv etdiyi iddia olunur.   Sfera.az &...

Aydan toplanmış torpaq 6 ölkəyə təqdim ediləcək

Çin Milli Kosmik İdarəsi (CNSA), “Chang’e-5” missiyası ilə Aydan toplanmış torpaq və qaya nümunələrinin altı ölkənin alimlərinə tədqiqat məqsə...

Maliyyə Nazirliyinin bu addımı bank faizlərinə təsir göstərdi - AÇIQLAMA

Maliyyə Nazirliyi banklarda yenidən depozit yerləşdirib.   Sfera.az xəbər verir ki, nazirlik dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunmas...