Putinin Qələbə Paradı ilə bağlı qorxunc planı: Hərbi əsirlər Qızıl Meydanda...
Media
15:22 / 04.05.2022
2478
Rusiya üçün böyük əhəmiyyət kəsb edən və son illər təbliğat vasitəsinə çevrilən "Qələbə bayramı” ilə bağlı yeni iddia ortaya atılıb.
Sfera.az bildirir ki, Qərb mediası Putinin mayın 9-da açıqlanacaq qələbə ilə indiyə qədər yaşanan xaosu və böyük itkiləri ört-basdır etməyi planlaşdırdığını iddia edərkən, Moskva rəhbərliyi 5 gün sonra keçiriləcək mərasimə hazırlıqlarını gücləndirib. Digər tərəfdən, Ukraynada yerləşən analitik mərkəzi iddia edib ki, hər il Qızıl Meydanda hərbi gücün nümayiş olunduğu paradla bağlı Putinin dəhşətli planı var.
"The Times” qəzetinin xəbərinə görə, Ukraynada yerləşən Müdafiə Strategiyaları Mərkəzi 9 May Qələbə Günündə rus əsgərləri tərəfindən əsir götürülən 500 hərbi əsir Qızıl Meydandan keçmək məcburiyyətində qalacaq. İngilis mediası paradda nümayiş etdiriləcək məhbuslar arasında 48 yaşlı İngiltərə vətəndaşı Şaun Pinner və 28 yaşlı Aiden Aslin də ola biləcəyini yazıb.
Qeyd edək ki, Mariupol sıralarında Ukrayna uğrunda döyüşən və rus əsgərləri tərəfindən əsir düşən ingilislər Rusiya televiziyasında çıxış edərək İngiltərənin baş naziri Boris Consondan kömək istəyiblər.
Günay Rəsulqızı
Sfera.az