Logo

Neft Fondu dollar satışını azaldıb - RƏSMİ

Neft Fondu dollar satışını azaldıb - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Dövlət Neft Fondu 2022-ci ilin aprelində keçirilən valyuta hərraclarında 548,7 milyon dollar dəyərində xarici valyuta satıb.

Sfera.az Fondun məlumatlarına istinadən bildirir ki, bu məbləğ son 3 ayın ən yüksək məbləğidir.

İlin ilk 4 ayı ərzində keçirilən valyuta hərraclarında isə 2 milyard 173 milyon 100 min dollar dəyərində xarici valyuta satışı həyata keçirilib. Aylıq müqayisədə ən çox valyuta yanvarda (727 milyon dollar), ən az valyuta fevralda (371,2 milyon dollar) satılıb.

2022-ci ildə Fond 7,476 milyard dollar dəyərində valyuta satmalıdır. Aylara böldükdə hər ay 623 milyon dollar, ilk 4 ayda 2,49 milyard dollar satış olmalıydı.

İlk 4 aydakı faktiki satış həcmi nəzərdə tutulandan 317 milyon dollar azdır.


Vasif
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR