Logo

Rusiya bu ölkənin baş nazirinə QADAĞA QOYDU

Rusiya bu ölkənin baş nazirinə QADAĞA QOYDU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Moskva Yaponiyanın baş naziri Fumio Kişida və xarici işlər naziri Hayaşi Yoşimasanın Rusiyaya girişini qadağan edilib.

Sfera.az xəbər verir ki, nazirliyin bəyanatında qeyd olunub ki, Kişida administrasiyası Rusiyaya qarşı qəbuledilməz ritorika, təhdid və böhtanlara yol verərək, görünməmiş anti-Rusiya kampaniyasına başlayıb.

Açıqlamada Tokionun qonşuluq münasibətlərinə, Rusiya iqtisadiyyatına və Rusiyanın beynəlxalq nüfuzuna xələl gətirən addımlar atdığı vurğulanıb.

Bəyanatda deyilir ki, bu səbəblərə görə, eləcə də Yaponiya hökumətinin Rusiya vətəndaşlarına, o cümlədən yüksək vəzifəli şəxslərə qarşı fərdi sanksiyalarına cavab olaraq, 63 Yaponiya vətəndaşının Rusiyaya girişi qadağan edilib.

Sanksiya siyahısına daxil edilənlər arasında Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno, eləcə də ölkənin müdafiə, maliyyə və ədliyyə nazirləri kimi yüksək səviyyəli şəxslər də var.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR