Flora Kərimova gənclik halını tənqid edənlərə cavab verdi: "Çirkin uşaqlığım olubsa..."

Flora Kərimova gənclik halını tənqid edənlərə cavab verdi:
Xalq artisti Flora Kərimova gənclik halını tənqid edənlərə cavab verib.
 
Sfera.az bildirir ki, müğənni son zamanlar sosial şəbəkələrdə yayılan video görüntülərini paylaşaraq həmiz zaman 14 yaşı olduğunu vurğulayıb:

"Anam əynimdəki çit donu əlləri ilə tikmişdi. Kimsə də üzərimə sari dolamışdı. İndiyə kimi səbəbini də bilmirəm. Mənim üçün o an, o səhnədə olmaqdan daha ali bir hiss ola bilməzdi. Rəşid Behbudov, Şövkət Ələkbərova kimi nəhənglər ilə səhnənin arxasında növbəmi gözləyirdim…Tək elə bu mənə yetirdi ki, həyəcandan heç nə düşünə bilməyim. Əlbəttə ki, indiki gəncliyə hər şey asan başa gəlir. Əldə olunan o "asanlıq” nəyin bahasına oldu?  Arada vicdanınızı silkələyin!”.

Xalq artisti heç vaxt keçmişindən utanmadığını əlavə edib:

"Deyəcəyim hər sözü  düşünüb danışıram. Çirkin uşaqlığım olubsa, bu mənim günahım deyil. Ezop demiş: "Şikayətiniz mənədir, yoxsa yaradanıma?””.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

"YouTube"a yüklənən videoların sayı 20 milyardı keçdi - FOTO

Dünyanın ən böyük video paylaşım platforması olan "YouTube"yə 2005-ci ildən bəri yüklənən videoların sayı 20 milyardı keçib.    Sfera....

Bakıda Rusiya–Suriya görüşü olub - Moskva təsdiqlədi

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin ötən həftə Bakıda keçirilən beynəlxalq tədbir çərçivəsində Suriyalı yüksək vəzifəli rəsmi ilə...

Dağda bitir, kilosu 400 manatdır – FOTO

Türkiyənin Batman vilayətinin Sason rayonunda dağlardan toplanan təbii "zuzubak" otuna olan tələbat bu il rekord səviyyəyə çatıb. Yüksək dağ və qayalı...

ABŞ Suriyaya qarşı sanksiyaları ləğv etmir – "İsrailə ciddi təhdid var"

ABŞ rəsmiləri Suriyanın beynəlxalq birliklə münasibətlərinin normallaşması üçün bəzi şərtlər irəli sürüb. Suriyada uzun illər davam edən vətəndaş müharibəsi və ...

İlham Əliyev: “Minsk qrupunun ləğv edilməsinin vaxtı çoxdan çatıb”

Prezident İlham Əliyev keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ...

Məşhur Tiktoker həbs edildi

Aprelin 21-də Myanmada güclü zəlzələ olacağını proqnozlaşdıran astroloq Con Moe The saxlanılıb.   Sfera.az “BBC”ə istinadən xəbər verir ki,...