Sürücüsüz taksilər fəaliyyətə başlayır – FOTO
Sfera.az xəbər verir ki, texnologiya şirkəti "Baidu Inc” və "Toyota” tərəfindən dəstəklənən "Pony.ai” şirkətləri bu istiqamətdə fəaliyyət göstərəcək.
Pekin Yüksək Səviyyəli Avtonom Sürücülük Zonası paytaxtın cənub hissəsində yerləşən Yizhuanq rayonunda 60 kvadrat kilometrlik ərazidə 14 özü idarə edən avtomobilə sərnişin daşımağa icazə verib.
Çin mətbuatında yer alan xəbərlərdə bildirir ki, verilən icazə sürücüsüz nəqliyyat vasitələrinin fəaliyyəti ilə bağlı qanuni tənzimləmələr qarşısında heç bir maneə yoxdur.
Təhlükəsizliyi təmin etmək üçün nəqliyyat vasitələrinin ön sərnişin oturacağında zabit əyləşəcək. "Baidu” şirkətindən verilən açıqlamada, "Apollo Go” adlı mobil proqram vasitəsilə avtonom nəqliyyat vasitələrinin çağırılıb istifadə oluna biləcəyi bildirilib. Şirkət daha 30 robot taksi buraxmağı planlaşdırdıqlarını açıqlayıb. "Baidu” şirkətinin nümayəndəsi 6 ay ərzində Pekində tam avtonom avtomobillərin yola çıxacağını gözlədiklərini deyib.
Qeyd edək ki, keçən ilin noyabrında iki şirkətə Yizhuanqda təyin edilmiş pilot ərazidə sürücü ilə sınaq xidməti keçirməyə və istifadəçilərdən tarif rüsumları almağa icazə verilmişdi.
İnci
Sfera.az