Qarabağa dair üçtərəfli işçi qrupun iclasından GÖZLƏNTİLƏR - \"Yeni razılıqlar...\"

Qarabağa dair üçtərəfli işçi qrupun iclasından GÖZLƏNTİLƏR - \
Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərinin həmsədr olduqları Qarabağa dair üçtərəfli işçi qrupunun iclası yaxın günlərdə keçiriləcək. Bunu Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova dünən keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, bu həftə ərzində XİN xəttilə Bakıda təmaslar da nəzərdə tutulur.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması istiqamətində nəticələr çox vaxt Türkiyənin, bəzi hallarda Qərbin vasitəçiliyi nəticəsində mümkün olur:

"Rusiya isə, əksinə, adətən prosesləri tormuzlatmağa çalışır. Təsadüfi deyil ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında ilk telefon danışığı Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışdığı vaxtda baş tutdu. Ardınca isə diplomatlar ikinci dəfə danışdılar. İkinci mühüm məqam isə ondan ibarətdir ki, rəsmi İrəvan son vaxtlar loyal açıqlamalar verirdi. Əlaqələrin normallaşmasında maraqlı kimi görünürdü. Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya səfərindən sonra  səsləndirilən bəyanatların məzmunu dəyişdi, ardınca təxribat oldu. Sonra isə Ermənistanda Paşinyan əleyhinə aksiyalar başladı. Beləliklə, Kremlin səmimiliyi daha böyük sual altına düşdü. Rusiya rəsmiləri, o cümlədən Zaxarova zaman- zaman belə açıqlamalar verməklə məsuliyyəti öz boyunlarından atmaq, belə demək mümkünsə, şübhələri yayındırmaq istəyirlər”.

Müsahibimiz bildirib ki, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması istiqamətində yaxın günlərdə ciddi addımların atılma ehtimalı hər ötən gün artır:

"Bunu Rusiyada da bilirlər. Ona görə gələcəkdə əldə olunacaq nəticələri özlərinin töhfələri kimi təqdim etmək istəmələri də istisna deyil. Həmçinin Moskva bu yolla proseslərdəki moderatorluq statusunu bərpa etmək istəyir. Nəhayət, Ermənistanın "özbaşınalığına" görə Paşinyanı pis vəziyyətdə qoyması da mümkündür. Axı İrəvanın regiona dair siyasəti ilə bağlı direktivlər Moskvadan gəlirsə, bunun arxasında da durmalı idi. Ən azından Ermənistan üçün bu, daha arzuolunan idi.  Yəni Kreml ikili oynayır. Bu mənada Rusiya ilə Ermənistan əlaqələrində "çat"ların daha da dərinləşməsi gözləniləndir. Bunun birinci səbəbi Ukrayna ilə müharibə fonunda Rusiyanın tədricən zəifləyəcəyi ehtimalı və dünya siyasətindən təcrid olunmasıdırsa, ikincisi, əməli ilə sözünün üst- üstə düşməməsidir. Bütün hallarda Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması prosesi davam edəcək. Zaxarovanın dediyi kimi, yaxın günlərdə üçtərəfli işçi qrupun iclasının keçirilməsi və sərhədlərin müəyyənləşdirilməsi bağlı yeni razılıqların əldə olunması mümkündür”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Putin, Lukaşenko və Rəhman İlham Əliyevə zəng etdi

Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyanın Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Taciki...

Ramazanın 16-cı gününün duası -İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 16-cı günüdür.   Sfera.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah im...

Sevda toyundan danışdı

Əməkdar artist Sevda Ələkbərzadə toyundan danşıb.   Sfera.az xəbər verir ki, müğənni bu haqda "Zaurla Günaydın" proqramında deyib. ...

Lənkəranda direktor şagirdi döyüb?

Lənkəran rayonu Tütəpeştə kənd orta məktəbinin direktoru Rövşən Əliyevin həmin məktəbin şagirdini dərsə gecikdiyinə görə döydüyü barədə məlumatlar yayılıb. &...

“İstiqlal marşı”nın 104-cü ildönümünə həsr edilmiş tədbirin iştirakçıları MEK-lə tanış olublar

Türkiyənin və Şimali Kipr Türk Respublikasının dövlət himni “İstiqlal marşı”nın qəbul olunmasının 104-cü ildönümünə həsr edilmiş tədbirin iştirakçıl...

Bakıda motosikleti insanların üzərinə sürən şəxs HƏBS EDİLDİ

Bakıda motosikletlə ictimai yerdə xuliqanlıq hərəkətləri edən şəxs məsuliyyətə cəlb edilib.   DİN-dən Sfera.az-a verilən məlumata görə, hadisə martın...