Rusiya-Ukrayna müharibəsi ALOVLANIR: “Britaniya diplomatlarını da güllələyə bilərik”

Rusiya-Ukrayna müharibəsi ALOVLANIR: “Britaniya diplomatlarını da güllələyə bilərik”
Kreml London hökumətini təxribatda günahlandırıb.
 
Sfera.az bildirir ki, Rusiya bu cür davam edəcəyi halda, Kiyevdəki diplomatların "qərar qəbuletmə mərkəzlərini” vurmağa hazır olduqlarını açıqlayıb. Bəyanat, Britaniya Müdafiə Nazirliyinin rəsmisinin Ukraynanın Rusiyadakı hərbi hədəflərə qarşı Britaniya tərəfindən təchiz edilmiş silahlardan istifadə etməsinin "problem olmadığını” söyləməsindən sonra verilib. 

"İnterfaks” xəbər agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi "London birbaşa Kiyev rejimini bu cür fəaliyyətlərə - Rusiya ərazisinə hücum etməyə təhrik etsə, biz dərhal cavab verəcəyik. Qərb ölkələrinin məsləhətçilərinin Kiyevdəki qərar qəbuletmə mərkəzlərində olması Rusiyanın cavab addımı atmaq qərarına təsir edə bilməz”, - deyə qeyd edib.

Digər tərəfdən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Qərb ölkələrinin Ukraynanı silahla təmin etməklə odun üstünə benzin tökdüklərini vurğulayıb. Lavrov dəfələrlə xəbərdarlıq edib ki, münaqişə üçüncü dünya müharibəsinə gətirib çıxara bilər. Kreml Londonun Ukraynaya verdiyi dəstəyə görə Britaniyadakı hərbi obyektləri hədəfə ala biləcəyi barədə xəbərdarlıq etsə də, Heappinin Rusiyanı bombalaması ilə bağlı "təxribatçı” çıxışından sonra Britaniya diplomatlarını da güllələyə biləcəyini açıqlayıb. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynaya silah verən NATO ölkələrinə qarşı hücumlara icazə verilə biləcəyini irəli sürüb və "Siz başa düşürsünüz ki, Rusiya Kiyev rejimini silahla təmin edən NATO ölkələrinin ərazisindəki hərbi hədəfləri vura bilər”, - deyərək xəbərdarlıq edib.

Günay Rəsulqızı
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Putin, Lukaşenko və Rəhman İlham Əliyevə zəng etdi

Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyanın Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Taciki...

Ramazanın 16-cı gününün duası -İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 16-cı günüdür.   Sfera.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah im...

Sevda toyundan danışdı

Əməkdar artist Sevda Ələkbərzadə toyundan danşıb.   Sfera.az xəbər verir ki, müğənni bu haqda "Zaurla Günaydın" proqramında deyib. ...

Lənkəranda direktor şagirdi döyüb?

Lənkəran rayonu Tütəpeştə kənd orta məktəbinin direktoru Rövşən Əliyevin həmin məktəbin şagirdini dərsə gecikdiyinə görə döydüyü barədə məlumatlar yayılıb. &...

“İstiqlal marşı”nın 104-cü ildönümünə həsr edilmiş tədbirin iştirakçıları MEK-lə tanış olublar

Türkiyənin və Şimali Kipr Türk Respublikasının dövlət himni “İstiqlal marşı”nın qəbul olunmasının 104-cü ildönümünə həsr edilmiş tədbirin iştirakçıl...

Bakıda motosikleti insanların üzərinə sürən şəxs HƏBS EDİLDİ

Bakıda motosikletlə ictimai yerdə xuliqanlıq hərəkətləri edən şəxs məsuliyyətə cəlb edilib.   DİN-dən Sfera.az-a verilən məlumata görə, hadisə martın...