Logo

Yardım adı altında payladıqları südə bomba yerləşdiriblərmiş – Əhaliyə xəbərdarlıq edildi

Yardım adı altında payladıqları südə bomba yerləşdiriblərmiş – Əhaliyə xəbərdarlıq edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynanın Xerson vilayətində "humanitar yardım” olaraq paylanan südün içərisindən bomba tapılıb.

Sfera.az xarici KİV-ə istinadən bildirir ki, südü götürən yaşlı qadın diqqəti sayəsində son anda ölümdən xilas olub. Rus əsgərlərindən aldığı südü içməyə çalışan qadın qapağın tam bağlanmadığını görüb. Südün daha əvvəl başqası tərəfindən açılmış ola biləcəyini düşünən qadın qutuya nəzər salıb və qutunun içərisindəki bomba dəstini aşkarlayıb.

Ukrayna rəsmiləri rus əsgərlərinin payladığı yardımla bağlı xəbərdarlıq edib.

Bildirilir ki, rus əsgərləri Kiyev ətrafından geri çəkilərkən ağacların, maşınların, evlərin, hətta paltaryuyan maşınların içərisinə müxtəli cür tələlər qurublar.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR