Eyni gündə öldürülən rus oliqarxlarla bağlı TƏFƏRRÜAT
Kateqoriya məlum deyil
İspaniya mətbuatında çıxan xəbərlərdə iki rus oliqarxın ailə üzvlərini öldürdüyü daha sonra isə eyni gündə intihar etdiyi qeyd olunub.
Sfera.az xəbər verir ki, polisdəki mənbələrə əsasən, aprelin 20-də Gironanın Lloret de Mar qəsəbəsində baş verən insidentdə "Novatek” təbii qaz şirkətinin vitse-prezidenti 55 yaşlı Sergey Protosenya əvvəlcə həyat yoldaşını (53) və qızını (16) evində bıçaqla öldürüb, daha sonra isə intihar edib.Xəbərin ilk dəfə ailədaxili zorakılıq olduğu bildirilsə də, həmin tarixdə Moskvada yaşayan digər rusiyalı oliqarx, "Qazprombank”ın keçmiş vitse-prezidenti və Kremlin keçmiş baş meneceri Vladislav Avayevin də həyat yoldaşını və kiçik qızını öldürərək intihar etdiyi açıqlanıb.
İspaniya mətbuatı polisin Gironadakı insidentlə bağlı müxtəlif variantları da araşdırdığını yazıb.Əzizə Zeynal






