Logo

Ukraynanın hərbi yardımları artır - Müharibədə üstünlük dəyişib…

Ukraynanın hərbi yardımları artır - Müharibədə üstünlük dəyişib…
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ və Qərb müttəfiqlərinin son hadisələrə görə hərbi yardımlarını artırdığı Ukraynanın indi Rusiyadan daha çox tankı var.

Sfera.az xəbər verir ki, bunu ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi "Washington Post” qəzetinə açıqlamasında bildirib. Hərbi analitiklər Donbas münaqişəsində tank üstünlüyünün mühüm rol oynayacağını düşünürlər.

Son məlumatlara görə, Ukraynanın müttəfiqləri fevralın 24-də Rusiyaya hücumundan sonra bu ölkəyə ümumilikdə 3 milyard dollardan çox hərbi yardım göndərib.

Bu yaxınlarda ABŞ Prezidenti Co Bayden Ukraynaya əlavə 1,3 milyard dollarlıq hərbi yardım veriləcəyini açıqlayıb. Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, Ukrayna silah yardım paketinə haubitsa topları, 121-dən çox pilotsuz uçuş aparatı, artilleriya mərmiləri, taktiki maşınlar və ehtiyat hissələri daxildir.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR