"Yeni yaradılan AKTA ətrafında sıx birləşmək lazımdır" - DTX rəis müavini
Kateqoriya məlum deyil
"Bu gün kibertəhlükəsizlik məsələləri dünyanın gündəmində olan bir nömrəli məsələlərdən biridir”.
Sfera.az bildirir ki, bunu DTX rəis müavini İlqar Musayev deyib.
Qurum rəsmisi qeyd edib ki, yeni yaradılan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ətrafında sıx birləşmək lazımdır:
"DTX tərəfindən həyata keçirilən kiber əməliyyatlar nəticəsində Azərbaycanın Silahlı Qüvvələrinə zəruri dəstək verilib. Vətən müharibəsi dövründə göründü ki, bütün qurumlar bir yerdə çalışdılar və bu sahədə güclərini bir istiqamətə yönəltdilər”.
Günay
Sfera.az






