Azərbaycanın pivə istehsalçısı Rusiyanın bu şirkətini satmaq istəyir

Media
12:43 / 21.04.2022
1182
Danimarkanın və dünyanın ən böyük pivəbişirmə şirkətlərindən olan "Carlsberg” Rusiyanın "Baltika” pivəbişirmə şirkətini satmaq istəyir. "Baltika”nın yeni sahibinin Türkiyənin "Anadolu Efes AB InBev Efes” olacağı bildirilir.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı "Kommersant” qəzeti öz mənbələrinə istinadən yayıb.
Qeyd edək ki, "Carlsberg” şirkəti Azərbaycanın ən böyük pivə istehsalçısı olan Xırdalan zavodunun da sahibidir. Azərbaycandakı müəssisə 2008-ci ildə "Baltika” şirkəti tərəfindən alınıb, 2017-ci ildən isə "Carlsberg Azerbaijan” adını daşımağa başlayıb.
Artıq şirkət martın 28-də Rusiya bazarını tərk etmək niyyətini açıqlayıb. "Kommersant” qəzeti yazır ki, "Baltika”nın yeni sahibi Türkiyənin məhşur pivə istehsalçısıdır.
Vasif
Sfera.az
Sfera.az xəbər verir ki, bu haqda məlumatı "Kommersant” qəzeti öz mənbələrinə istinadən yayıb.
Qeyd edək ki, "Carlsberg” şirkəti Azərbaycanın ən böyük pivə istehsalçısı olan Xırdalan zavodunun da sahibidir. Azərbaycandakı müəssisə 2008-ci ildə "Baltika” şirkəti tərəfindən alınıb, 2017-ci ildən isə "Carlsberg Azerbaijan” adını daşımağa başlayıb.
"Carlsberg”in "Baltika”nı satmaq qərarı şirkətin Rusiya bazarından çıxmaq istəyi ilə bağlıdır. Qərbin Rusiyaya qarşı ağır sanksiyalarından sonra Avropanın iri şirkətləri sürətlə Rusiyanı tərk edir. Bu prosesə "Carlsberg” də qoşulacaq.
Vasif
Sfera.az