22 min əsgər sərhəddə gözləyir… - Ukraynadan AÇIQLAMA

22 min əsgər sərhəddə gözləyir… - Ukraynadan AÇIQLAMA
Ukrayna Prezident Aparatının baş müşaviri Oleksiy Arerestoviç hazırda Ukraynada 90 minə yaxın rus əsgərinin olduğunu deyib.
 
Sfera.az xəbər verir ki, Arerestoviç mətbuata verdiyi açıqlamada ölkəsinə müharibə elan edən rus ordusundan 90 min əsgərin Ukraynada olduğunu, daha 22 min rus əsgərinin isə Ukrayna sərhədində gözlədiyini bildirib.

Qeyd edək ki, dünən Ukrayna hakimiyyəti ölkəyə müharibə elan edən Rusiya ordusunun indiyədək 20 min 900 əsgər, 171 təyyarə, 150 helikopter, 815 tank, 2087 zirehli texnika, 391 top, 136 reaktiv yaylım atəş sistemi və 67 hava hücumundan müdafiə sistemi itirdiyini açıqlayıb.

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR