“Onlara azərbaycanlı tələbədən daha çox işgəncə verəcəklər” – AÇIQLAMA

“Onlara azərbaycanlı tələbədən daha çox işgəncə verəcəklər” – AÇIQLAMA
"Rusiya Mariupol şəhərini darmadağın edərək, "Azov” batalyonunun şəhəri tərk etməsinə imkan vermək istəmir. Halbuki, iki aya yaxın müqavimət göstərən "Azov” artıq şəhəri tərk etməyə hazırdır”.
 
Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. Ekspert batalyon üzvlərinə daha ağır işgəncə veriləcəyini deyib:

"Batalyon üzvləri təslim olarsa, şəhərin tamamı Rusiya işğalçılarının nəzarətinə keçəcək. Ancaq yox, Rusiya "Azov” batalyonunun təslim olmasını tələb edir, əks halda daha ağır bombalardan istifadə edəcək. Əgər işğalçılar Maripoulda azərbaycanlı tələbəni olmazın işgənçələrinə məruz qoyublarsa, "Azov” batalyonunun üzvlərini daha ağır işgəncələr gözləyir”.

Qeyd edək ki, məhv edilmiş Mariupolda hərbçilərin və dinc sakinlərin xilası üçün Ukrayna hakimiyyəti Rusiya nümayəndə heyəti ilə danışıqlar aparmağa hazırdır.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR