Logo

Zelenski Türkiyə istehsalı olan zirehli geyimlə qorunacaq – FOTO

Zelenski Türkiyə istehsalı olan zirehli geyimlə qorunacaq – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank Rusiya-Ukrayna gərginliyinin ilk günlərində alınan müraciət əsasında prezident Zelenski və komandası üçün 20 qoruyucu dəbilqə və jilet göndərildiyini bildirib.

Sfera.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazir Rusiya-Ukrayna müharibəsindən sonra hərbçilərin qoruyucu vasitələrinin ön plana çıxdığına diqqət çəkib:

"Müdafiə güclərimizi qoruyan həyati əhəmiyyətli vasitələrin istehsalı ilə yanaşı, bu məhsulların ixracı da çox əhəmiyyətlidir. Bu, ölkəmizin istehsal baxımından gəldiyi nöqtəni göstərməkdədir. Mən Türkiyənin müdafiə sənayesində özəl sektorun pozduğu bu məqamı görməkdən çox məmnunam. Yozgatda çoxlu hərbi texnika istehsal edilərək dünyanın əllidən çox ölkəsinə göndərilir”.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR