Logo

Azərbaycanda nə qədər iri müəssisə fəaliyyət göstərir?

Azərbaycanda nə qədər iri müəssisə fəaliyyət göstərir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2022-ci ilin aprelin 1-nə olan məlumata əsasən ölkəmizdə 604 iri müəssisə fəaliyyət göstərir.

Sfera.az xatırladır ki, iri müəssisə dedikdə işçilərinin sayı 251 nəfərdən, illik gəliri 30 milyon manatdan çox olan sahibkarlıq subyekti nəzərdə tutulur.

Rəsmi məlumatlara əsasən iri müəssisələrin çox hissəsi paytaxtda yerləşir. Belə ki, iri müəssisələrin 438 ədədi və ya 72,5 faizi Bakıdadır.

Abşeron-Xızı regionunda 43, Gəncə-Daşkəsən regionunda 25, Naxçıvan Muxtar Respublikasında 17 belə müəssisə fəaliyyət göstərir.

İri müəssisələrin çox hissəsi ticarət və emal sənayesindədir. Ticarətdə 106 ədəd, emal sənayesində 102 ədəd iri sahibkarlıq subyekti var.

Tikinti sahəsi üzrə 75, nəqliyyat və anbar təsərrüfatı üzrə 51 iri müəssisə fəaliyyət göstərir.

Vasif
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR